Bu gün, sentyabrın 6-da, paytaxtın bəzi ərazilərində təbii qazın verilməsində məhdudiyyətlər yaranıb.
Bakucity.az-ın xəbərinə görə, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata əsasən, Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan ərazilərdə saat 09:00-dan təbii qazın verilişində fasilələr başlayıb.
Buna səbəb “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılmasıdır.
Təbii qazın verilişində məhdudiyyətlər işlər başa çatanadək davam edəcək.
Bakucity.az