Bakıda 60 metrlik yeni piyada keçidi tikilir

Bakıda 60 metrlik yeni piyada keçidi tikilir, Seymur

Bakıda yeni yeraltı piyada keçidinin tikintisinə başlanıb.

Bakucity.az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, piyada keçidi paytaxtın Heydər Əliyev prospektində inşa olunur:

“Uzunluğu 60 metr olan yeraltı keçidin eni 5, hündürlüyü isə 3 metrdir. Hazırda işlərin böyük hissəsi yekunlaşıb. Yaxın günlərdə keçidin 18 metrlik hissəsinin qazıntısı aparılacaq. Keçid yolun altından salınır. Keçidin bir tərəfi prospektlə kəsişən Zəki Məmmədov küçəsinə çıxacaq. Bu isə ən çox yolun həmin hissəsindən gündə bir neçə dəfə keçən piyadaların işini asanlaşdıracaq.

Piyada keçidi bu ilin sonunadək istifadəyə veriləcək”.

Bakucity.az

Bakı piyada
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər