Rusiyalı aktyorlar “Jara” ilə bağlı fikirlərini bölüşdülər - FOTO

Aktyorlar layihədə gördükləri işin təəssüratlarından danışdılar.

Bakucity.azoxucularını ötən gün Heydər Əliyev Mərkəzində “Jara” komediyasının qapalı premyerası ilə tanış etməkdə davam edir.

Tədbirdə filmin baş qəhrəmanlarından Nail Abdrəhmanov və Maqomed Murtazaliyev, eləcə də azərbaycanlı aktrisa Günəş Mehdizadə iştirak ediblər. Onlar jurnalistlərə müsahibələrində görülən işlərin ən maraqlı məqamlarından danışıblar.

“Bakıdakı çəkilişlərdən yalnız ən yaxşı təəssüratlar qalıb! Şəhərin, çəkilişlərin atmosferi o qədər güclü idi ki, sonrakı bir neçə ay ərzində “qidalandırırdı”. Tatar olmağıma baxmayaraq, mənim üçün azərbaycanlı obrazını canlandırmaq bir qədər çətin idi. Əsas müsbət cəhət elə bu idi, çünki bu obrazla müxtəlif istiqamətdə inkişaf etmək olar”, - Nail Abdrəhmanov deyir.

Aktyor filmdə gəlini Dənizin rolunu oynayan aktrisa Günəş Mehdizadəyə ona Bakını, İçərişəhəri göstərdiyi, Azərbaycan mədəniyyəti ilə tanış etdiyi üçün çox minnətdar olduğunu bildirib:

“Bu mənə lazımı atmosferə düşməyə kömək etdi, bundan sonra filmə çəkilmək asan idi”.

Nail Abdrəhmanov qeyd edib ki, Azərbaycan mətbəxi xüsusidir.

“Lülə kabab burada ayrıdır. Etiraf edim ki, Bakıdakı qonaqlıqlardan sonra mən Moskvada kaba yeyə bilməyəcəm, bizdə belə dadlı olmur, elə təəssürat yaranır kı, saxtadır (gülür).

Bildiyiniz kimi, çəkilişlər “Jara” festivalı çərçivəsində aparılırdı, bu da bütün prosesə öz atmosferini verirdi. Buna görə də Bakıya ilk səfərim xoş emosiyalarla yadda qalıb”.

Aktyor etiraf edib ki, azərbaycanlı rolunu canlandırmağı bacardığına əmin deyil.

“Bu gün azərbaycanlı tamaşaçılar ilk dəfə bu filmə baxacaqlar, və rolu necə oynadığımı qiymətləndirəcəklər. Lakin, Moskvada “Jara”nın premyerasından sonra bəzi azərbaycanlılar mənə yaxınlaşaraq bakılılar arasında belə obrazların olduğunu bildiriblər. Ümumiyyətlə, mənim qəhrəmanımın sözlərinə bakı aksentini əlavə etməmək qərarına gəldik ki, çox karikatur görsənməsin. Bu yalnız bir neçə epizodda var, çox az yerdə. Bakıda mən aksentsiz danışan çox azərbaycanlı gördüm, bu məni sakitləşdirirdi”.

Öz növbəsində aktrisa Günəş Mehdizadə hesab edir ki, rusiyalı aktyor əsl bakılı obrazını canlandırmağı bacarıb.

“Mənim bu layihədə iştirakımla bağlı yalnız ən xoş təəssüratlar qalıb. Doğma şəhərimdə belə işlərin aparılması çox yaxşıdır. Rejissor və aktyorlarla işləmək xoş idi. Onların hamısı çox şən və pozitiv insanlardır! Çəkiliş meydançasında atmosfer möhtəşəm idi!”.

G.Mehdizadə bundan əvvəl rusiyalı aktyor və rejissor Yeqor Konçalovski ilə “Bakı mən səni sevirəm” filmində işləmişdi.

“Jara” kimi layihədə işləmək tanınmış rusiyalı aktyorla tanış olmağa imkan yaratdı. Naillə münasibətlərimiz qalıb, arada yazışırıq. Əminəm ki, Rusiyaya gedəndə, o, məni öz şəhəri ilə tanış edəcək. Ümumilikdə hər belə iş böyük təcrübə verir”, - aktrisa yekunlaşdırıb.

Aktyor Maqomed Murtazaaliyev isə bildirib ki, bu, onun çəkildiyi ikinci filmdir:

“İlk dəfə mən “Bəy” filmində özümü (Maqa) oynamışam. “Jara” layihəsində mənim personajım Ramin Bakı şəhərində bələdçi və baş qəhrəman Muradın dostudur.

Süjetə əsasən, Ramin işlərinin alınmadığı Moskvadan yeni qayıdıb. Bütövlükdə, bu obrazda da mən biraz özümü oynamışam, lakin başqa adla”.

Artist həmçinin qeyd edib ki, layihə çərçivəsində onun Abdrəhmanovla çoxlu maraqlı yeni ideyaları yaranıb.

“Bizim “Jara” musiqi festivalı ilə bağlı ideyalarımız yarandı. Hazırda “Jara” filminin qapalı nümayişləri keçirilir: Moskvadan sonra Dağıstanda olduq, Bakıdan isə Almaniyaya gedəcəyik. Bütün bunlar qurtaranda, biz Emin Ağalarovla yeni layihələrimizi müzakirə edəcəyik”.

Rəsmi informasiya dəstəyi – Bakucity.az

Bakucity.az

Bakı film festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayı xüsusi keyidici iynə ilə zərərsizləşdirilib. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıdan Şəkiyə ezam olunmuş əməkdaşları ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görür. BakuCity.az
Ekologiya
Şəkinin mərkəzi küçələrində gəzən ayı Altıağac Milli Parkına aparılacaq. "Şəkinin mərkəzində olan ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq". BakuCity.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. Həmçinin oxu: Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi "Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, o...
Cəmiyyət
Milli Məclis 190 manatlıq birdəfəlik ödənişlə bağlı mühüm təklif irəli sürüb. "Aidiyyatı qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”. BakuCity.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib. "Bu məsələnin həll olunması vacibdir. Həmçinin ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehti...
Cəmiyyət
Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərib. "Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub".  BakuCity.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin. "...
Biznes
Sədərək Ticarət Mərkəzində növbəti qadağa tətbiq edilib. Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib. BakuCity.az xəbər verir ki, bu barədə ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib. M.Qədimovun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliy...
Biznes
Müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. Bu gündən xüsusi karantin rejimi çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. Qərara əsasən, mayın 31-dən Bakı,...
Hadisələr
Şəhərin mərkəzi küçələrində ayı dolaşır. Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir. Vətəndaşlardan xahiş edilir...
Biznes
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa edilib. Qeyd edək ki, fəaliyyətinə icazə veri...
Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargah BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiy...