Bakıda şöbə müdirini öldürən yeniyetməyə cəza verildi

Bakıda şöbə müdirini öldürən yeniyetməyə cəza verildi, Seymur

Məhkəmədə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bakucity.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Q.Qurbanov üç il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində qeydə alınıb.

Bakı şəhər sakini Q.Qurbanov "Nissan" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub.

Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.

Qeyd edək ki, Ləman Süleymanlı banklardan birində şöbə müdiri vəzifəsində çalışıb. (oxu.az)

Bakucity.az

Bakı məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər