Bakıda məhbus yoxa çıxdı - Sonuncu dəfə “Audi Q7”yə minib

Bakıda məhbus yoxa çıxdı - Sonuncu dəfə “Audi Q7”yə minib

Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Bakıda yoxa çıxıb.

Bakucity.az xəbər verir ki, paytaxt sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.

O, “Audi Q7” markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.

Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.

Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.

Hazırda polis əməkdaşları axtarışları davam edir. (oxu.az)

Bakucity.az

Bakı məhbus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər