Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Bakucity.az xəbər verir ki, görüntüləri “Avtostop” verilişinin müəllifi Tural Yusifov paylaşıb.
“Opel Astra” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən qəza törədib.
Yol boyu təhlükəli manevrlər edən sürücü sonda qəzadan yayına bilməyib və nəqliyyat vasitəsini yük maşınına çırpıb.