Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edən “Mercedes” markalı avtobus “SHAGMAN” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində sürücünün köməkçisi hadisə yerində ölüb, daha 15 nəfər isə yaralanıb.
Səhiyyə Nazirliyindən bildiriblər ki, qəza nəticəsində xəstəxanaya yerləşdirilən kişilərdən biri komadadır, vəziyyəti kritikdir.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az