Bakıda keyfiyyətli qapıları haradan almaq olar? - QİYMƏTLƏR

Bakıda keyfiyyətli qapıları haradan almaq olar? - QİYMƏTLƏR, Seymur

Materialın rəngini və dizaynı seçək.

Yeni qapı seçərkən insanlar ilk növbədə dizayn, sonar isə materialın keyfiyyəti və qapının qiyməti barədə düşünürlər.

Bugünkü məqalədə Bakucity.az paytaxt bazarında hansı qapıların təklif olunduğunu, eyni zamanda qapıların qiymət etiketi ilə tanış olub.

Mütəxəssis məsləhəti

“Bizdən MDF, təbii ağac, şpon və laminat qapı ala bilərsiniz. Ancaq yalnız daxili qapılar satırıq”, - deyə “Interior Design Co” mağazasının satış meneceri Sevinc Abdullayeva saytımıza verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün əksər hallarda alıcılar qiymətinin sərfəliliyinə görə laminatdan hazırlanmış qapılara üstünlük verirlər:

“Şpondan hazırlanmış qapılar (qalınlığı 0,1 ilə 10 mm olan nazik ağac təbəqələrini təmsil edən ağac materialı) daha məşhurdur. Təbii ağac isə tələb olunandır. Əlbətdə ki, hamısı alıcıların büdcəsindən asılıdır.

Bu gün bir çoxları PVC-dən (alüminium profildən hazırlanmış, dekorativ plastik təbəqə ilə örtülmüş) plastik qapılar almağa üstünlük verirlər. Şirkətimiz bu cür materiallardan qapı istehsal etmir, buna görə zəruri hallarda müştərilərimiz üçün sifariş veririk”.

Ən bahalı materiallar şpon və təbii ağacdır. “Interior Design Co” yerli istehsalçılarla yanaşı Türkiyə məhsulları ilə də işləyir.

Təzə qapılar alarkən mütəxəssis, ilk növbədə, məhsulun materialına, xarici örtüyünün necə göründüyünə diqqət etməyi məsləhət görür. Sonra dizayn, mövcud nümunələrə və evinizin (və ya ofisinizin) interyerinə diqqət yetirməlisiniz.

“Təbii ağac qapıları almağı məsləhət görərdim. Belə material uzunmüddətli istifadəyə yararlı olur: suya davamlıdır, iqlim dəyişikliyinə dözümlüdür, ekoloji cəhətdən təmizdir və buna görə də insan sağlamlığı, xüsusilə uşaqlar üçün təhlükəsizdir. Məsələn, laminat nəmdən korlanır, şponla ağac isə daha davamlı materialdır”, - deyə menecer izah edib.

S.Abdullayevanın qeyd etdiyi kimi, laminatdan hazırlanan tək yarpaqlı qapıları 400 manatdan almaq olar. Şpon qapı 600, təbii ağacdan hazırlanan qapı isə 800 manatdan satılır. Ümumi dəyəri ölçü və dizayndan, gələcək qapı üçün naxışların mövcudluğundan asılı olaraq dəyişir.

Qapı  seçək

Onlayn alış-veriş həvəskarları üçün “Shop.az” saytı mükəmməldir. Burada Rusiya, Ukrayna və Belarusiyadan məhsul seçə bilərsiniz. Eko-şpon qapıları 100 manatdan almaq olar. Taxta qapılar 805 manatdan təklif olunur. Saytda 200 manatdan satılan suya davamlılığı ilə xarakterizə olunan və uzun müddət rəng saxlayan yüksək keyfiyyətli “PVC” ilə örtülmüş mallar, eləcə də palıd ağacından hazırlanmış lüks qapılar tapa bilərsiniz. Bu qapıların alış qiyməti isə 1280 manatdan başlayacaq. Saytda 11800 manatdan metal giriş qapıları da var.

“Qapılar.az” mağazası Ukrayna, Rusiya və Belarusiyadan məhsullar təklif edir. Bu pərakəndə satış obyektinin üstünlüyü ondan ibarətdir ki, burada daxili və xarici qapıları topdan satış qiyməti ilə almaq mümkündür. Daxili qapılar laminat, eko örtük və “MDF”dən hazırlanıb. Daxili qapıların ilkin qiyməti 72, giriş qapılarının isə 370 manatdan başlayır.

“IDEAL Construction” mağazası müştərilərə daxili plastik qapılar təklif edir. Qeyd etmək lazımdır ki, bu material bu gün çox populyardır. Səbəb, materialın praktikliyi (yanğın təhlükəsizliyi və nəmə davamlılıq), həmçinin nisbətən aşağı qiymətidir. Bu mağazada ağ plastik qapını 150 manatdan, qəhvəyi rəngini isə 300 manatdan almaq mümkündür.

“VEKA” mağazasında eyni adlı alman markasının yalnız plastik qapıları satılır. Ağ qapı sifariş etmək burada 550 manata başa gələcək. Digər rəngli plastik qapılar istəyirsinizsə, qiymətlər 800 manatdan başlayacaq.

“IMPERIAL DOORS” mağazası müştərilərinə laminatdan məhsullar təklif edir. Burada hər quraşdırmaya görə qiymətlər 95 manatdan 120 manatadək dəyişir. Bu mağazada daxili şam qapını 300 manatdan almaq mümkündür. Giriş qapılarının qiyməti istehsalından asılı olaraq dəyişir. Belə ki, Türkiyə qapılarını 450 manatdan, Rusiya qapılarını isə 650 manatdan sifariş etmək olar.

Şəhərdə ən bahalı mağazalardan biri “TUTTO BELLO” dır. Burada qiymətlər dollarla göstərilir. Belə ki, burada metal giriş qapıları 1100 $ (1,875.50 AZN) satılır. Təbii ağacdan hazırlanmış qapılar bu mağazada 1600 $ (2728 manata) başa gələcək. Laminatdan olan ucuz qapılar 380 $ (647.90 manat) satılır.

Qiymət cədvəli:

Mağazalar

Daxili qapılar (şpon)

Daxili qapılar (ağac)

Daxili qapılar (MDF)

Plastik qapılar

Giriş qapıları

Shop.az

200 AZN-dən

850 AZN-dən

100 AZN-dən

1800 AZN-dən

---

Qapılar.az

130 AZN-dən

---

72 AZN-dən

370 AZN-dən

---

VEKA

---

---

---

---

550 AZN-dən

İDEAL Construction

---

---

---

---

150 AZN-dən

İmperial Doors

---

300 AZN-dən

95 AZN-dən

450 AZN-dən

---

Tutto Bello

---

2728 AZN-dən

647,90 AZN-dən

1875,90 AZN-dən

---

Züleyxa İsmayılova

Bakucity.az

Bakı qapı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər