Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.
Cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Hadisədən sonra X. Hüseynov polisə təslim olub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakucity.az