Bakıda ağır qəza - Ölən var

Bakıda ağır qəza - Ölən var, Seymur

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə sentyabrın 6-da saat 09:00 radələrində baş verib.

Xətai rayonunun M.Hadi küçəsində  Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri iki “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə O.Süleymanovun sərnişini olan həyat yoldaşı Reyhan Süleymanova hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakucity.az

Bakı qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər