Paytaxtın Qaradağ rayonunda yaşayış evi yanıb.
Bakucity.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakucity.az