Bakıda biznesmen özünə od vurdu - İşə general qarışdı

İş adamı intihara cəhd edib.

Bu gün günorta saatlarında “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

Bakucity.azxəbər verir ki, idarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar. 

Hadisə yerinə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, həmçinin, komitənin məsul şəxsləri gəliblər.

S.Mehdiyev intihara cəhd edən sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq. Daha sonra isə komitə sədri Bakı Baş Gömrük İdarəsində müşavirə keçirib.

Əldə olunan məlumata görə, iclasda Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı işdən uzaqlaşdırılıb.

İntihara cəhd edən sahibkar Mədət Quluzadə Lent.az -a bildirib ki, İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələri) müəmmalı şəkildə yoxa çıxıb: 

“Mənə məxsus malları mənimsəyiblər. Bu faktdır. Mənimsəmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da var. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq “Ulduz-Elektron” MMC-yə ödənilsin. Bütün məhkəmə instansiyaları mənim xeyrimə qərar çıxarıb. İş icraya yönəldilib. Lakin Dövlət Gömrük Komitəsi təzminatı ödəmir. Onlar istəyir ki, təzminatdan imtina edim. Məni buna məcbur etmək niyyətindədirlər. Mən isə imtina etməyəcəyəm və hər gecikən günə görə əlavə təzminat tələb edirəm”.

M. Quluzadə deyib ki, o təzminatdan imtina etmədiyi üçün hazırda gətirdiyi yüklər də gömrük nəzarətindən buraxılmır: 

“Mən bu gün Bakı Baş Gömrük İdarəsinə getdim ki, mallarımı götürüm. Artıq neçə dəfədir ki, gətirdiyim yüklərimi saxlayırlar, başqa çıxış yolum qalmadığı üçün intihara cəhd etdim. Bu gün də mənə yalan vəd verib sakitləşdirdilər. Guya problem həllini tapacaq. Mənə aid bütün mallara plomb vurub saxlayırlar. Bu işdən əl çəkən deyiləm”.

DGK-nin mətbuat xidmətindən isə bildirilib ki, sahibkarın dedikləri həqiqəti əks etdirmir və yalandır.

Bakucity.az

31 АВГ 2019 Г., 09:45
Bakı intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım var. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövr...
Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az