Qızını aldadıb çölə çıxardı - Bakıdakı dəhşətli qətlin təfərrüatı - VİDEO

Paytaxtın Sabunçu rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

Bakucity.azxəbər verir ki, 1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

Cinayət qısqanclıq zəminində baş verdiyi bildirilir. 

Hadisədən sonra X.Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub. 

Qətlə yetirilən qadının anası Gülzar Bağırova deyir ki, Xaləddin Hüseynov hadisəni törətməzdən əvvəl qızının evinə gələrək, yatdığı yerdə boyun nahiyəsindən vurub:

“Saat 7-də qızı gəlib dedi ki, ay nənə, polislər bizim qapıdadır. Səbəbini soruşdum, bilmədi. Vuran da qonşudur. Uşağa qayıdıb ki, mənim qızım səni istəyir. Get, gör, nə deyir. Uşağı göndərib öz evlərinə. Uşaq qayıdanda görüb ki, bu şəxs qapını bağlayıb gedir. Anasını soruşanda rayona getdiyini bildirib. Sonra uşaq mənə gəlib dedi ki, nənə, polislər qapıdadır. Evin bir açarı məndə də var. Açdım qapını, gördüm ki, balam al qanın içindədir.

Bir əli yerdə uzanmış vəziyyətdə gördüm. Yatan yerdə boynundan necə vurubsa, balam al qanın içindədir. Nə üstə vurub, bilmirik. Şəxsi qərəzliyimiz də yox idi. Bizə qaranlıqdır. Özü də gedib polisə təslim olub. Polisləri bura göndərib”. “Bu, nə qısqanclıq ola bilər? Onun əri həbsxanadadır. Bir dənə balası var. O, qonşudur. O, orda çox söz deyə bilər. Onunla bir yerdə yaşamır, bir evdə qalmır. Qonşudur, sadəcə, salam-sağolları var”. 

Günel Bağırovanın qayınanası Alimə Əhmədova isə Xaləddin Hüseynovun iki ildir həbsdən çıxdığını və qətli pula görə törətdiyini bildirib:

“Öldürən şəxs narkomandır. İki ildir həbsxanadan çıxıb. Nə atası, nə də anası günahkar deyil. Çünki balasının qabağını tuta bilməyib. Ona görə səhər tezdən gəlib qətli törədib. Pula görə, puldan ötrü edib. Balamın balası qaldı belə”. Mərhumun yaxın qohumu Ayna Əliyeva saxlanılan şəxsin səhər tezdən evdən çıxdığını və qapının açıq olduğunu bildirib:

“Narkoman idi. Səhər tezdən gələndə gördüm ki, burdan çıxır. Qapı da açıq olub. Onun qızını aldadıb çıxarıb bayıra. Rəhmətə gedən mənim qaynımın yoldaşıdır. Qətli törədən qonşudur. Özü də gedib təslim olub ki, mən adam vurmuşam”. 

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (APA TV)

Bakucity.az

Bakı qətl qısqanclıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3350 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Suallarımız çoxdur, cavab verən isə yoxdur” Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. BakuCity.az "Yeni Müsavat"a istinadən məlumat verir ki, iki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb. Belə ki, Q.Təhməzov bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanasında...
Cəmiyyət
Yaxın vaxtlarda bazara çıxarılacaq Bakıda keçirilən "Bakutel 2019" Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində sürücüsüz nəqliyyat vasitəsi nümayiş etdirilir. BakuCity.az Xezerxeber.az-a istinadən məlumat verir ki, mikroavtobus həm sürücü ilə, həm də sürücüsüz idarə oluna bilər. Yerli istehsal olan bu universal nəqliyyat vasitəsi "VİP taksi" adlandırılır. Mikroavtobus təchiz edildiyi müasir radar və digər sistemlər sayəsində avtopilot...
Mədəniyyət
Bakıda klassik vokalçıların festivalı keçiriləcək Klassik vokalçıların ümumrespublika festivalı 17-24 dekabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək. BakuCity.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək mu...
Hakimiyyət
"Ona görə də göstəriş vermişəm ki..." Prezident İlham Əliyev Bakıda 2 “ASAN xidmət” mərkəzinin açılması barədə göstəriş verib. BakuCity.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib. İlham Əliyev bildirib ki, Bakıda 5 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərsə də, artıq növbələr yaranır: “Ona görə də göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın. Eyni zamanda, Sumqayıt və G...
Kriminal
Anar əcnəbi qadını aldatdı Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib. BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə polisə İran vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi, dalan 3, ev 17-də yaşayan, 1975-ci il təvəllüdlü Tayarı Sadagh Masoumeh qızı şikayət edib. Qadın bildirib ki, bu ilin oktyabr ayında tanıdığı Anar adlı şəxs onu işə düzəldəcəyi ilə aldadıb 195 manatını alaraq mənimsəyib. Faktla bağlı araşdırma aparı...
Cəmiyyət
Marşrut "592A" adı ilə sərnişinlərə xidmət edəcək 592 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. Bu barədə BakuCity.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Bildirilib ki, Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq, Dövlət Xidməti 592 saylı marşrut xəttinin hə...
Hadisələr
Yaralılar xəstəxanaya yerləşdirilib Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.   BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında baş verib.   Belə ki, “Qazel” markalı yük maşını geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını arxadan gələn “Honda” markalı avtomobili gözləmədiyindən ona çırpılıb. Həmçinin oxu: Bakıda "Nissan" mağazaya gi...
Hadisələr
Tanıyanlardan 102-yə zəng vurmalar xahiş olunur Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kiş...
Mədəniyyət
Yubileylə bağlı tədbirlər planı hazırlanacaq Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Xalq artistinin 90 ill...