Paytaxtın Binəqədi rayonunda "İran Khodro" markalı minik avtomobili yanıb.
Bakucity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nəqliyyat vasitəsinin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakucity.az