“Azəriqaz” İB məlumat yayıb.
Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində səhər saat 09:00-dan bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.
Bakucit.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Qeyd edilir ki, ərazidə qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunur.
Bundan əlavə, saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, eləcə də təmir işləri əlaqədar Xətai rayonunun bir neçə prospekt və küçələrində təbii qazın verilişində fasilələr yaranıb.
Bakucity.az