Bakıda ən ucuz və bahalı evlər haradadır? - VİDEO

Bakıda ən ucuz və bahalı evlər haradadır? - VİDEO, Seymur

Bakıda ən bahalı mənzillər əsasən şəhərin mərkəzi hissələrindədir.

Bu mənzillərin bir kvadrat metrinin qiyməti bəzən dörd min manatdan bahadır.

Bakucity.az xəbər verir ki, paytaxtın ən bahalı yeni binaları Nəsimi rayonunda yerləşir. 

Təmirli çox otaqlı mənzillərin qiyməti bəzən bir milyon manata yaxınlaşır. Bu xüsusilə premium səviyyədə inşa edilən xüsusi yaşayış binaları üçün xarakterikdir.

Ekspertlər bildirir ki, Bakıda pilot layihələr çərçivəsində köhnə binaların sökülərək yerində yeni binaların tikilməsi mənzil bazarında qiymətlərin formalaşmasında önəmli rol oynayır. 

Mütəxəssislərin fikrincə bu binalarda təklif edilən mənzillərin dəyəri elə orta bazar qiymətlərinə uyğundur.

Ekspertlər həmçinin bildiriblər ki, Bakıda ən ucuz mənzillər Yeni Yasamalda, həmçinin “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalara yaxın ərazilərdə satılır. (Xəzərxəbər.az)

Bakucity.az

Bakı mənzil ucuz baha
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər