Paytaxtın Babək prospektində piyadanın vurulması ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını avtomobil vurub.
Sol zolaqda hərəkət edən avtomobil maşınların arasından çıxan qadını görməyib və qəza baş verib.
Qeyd olunur ki, qəza nəticəsində qadın yüngül xəsarətlərlə alıb.