Bakıda köşkə basqın – Satıcını zorlamaq istədilər

Bakıda köşkə basqın – Satıcını zorlamaq istədilər, Seymur

Sentyabrın 8-də Bakıda köşk satıcısı zorakılığın qurbanı olmaqdan son anda qurtulub.

Bakucity.az xəbər verir ki, 1987-ci il təvəllüdlü paytaxt sakini Lalə Abbaszadə Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb.

Köşkə basqın edən naməlum şəxs qadını bıçaqla hədələyərək onu zorlamaq istəyib. Müqavimətlə rastlaşan cinayətkar fikrini dəyişərək, qadından pulları tələb edib. 

Kassada olan 650 manatı götürən qarətçi hadisə yerindən uzaqlaşıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətkar 1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu saxlanılıb. 

Onun əvvəllər oğurluq, xuliqanlıq və qanunsuz dövriyyə ilə bağlı cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi (qarət) ilə cinayət işi başlanılıb. (oxu.az)

Bakucity.az

Bakı köşk basqın satıcı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər