Bakıda narkotacir tutuldu

Bakıda narkotacir tutuldu, Seymur

Polis əməliyyat keçirib.

Bakıda narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini İlkin Yusufovu saxlanılıb.

Bakucity.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Onun üzərindən şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,318 qram qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. 

Əməliyyat tədbirlərinin davamı olaraq İ.Yusufovun Nəsimi rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan 104,815 qram heroin və 5,292 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edərək özündə saxlayıb.

Faktla bağlı maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakucity.az

Bakı narkotik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər