Bakıda iki marşrut xətti birləşdirilir

Bakıda iki marşrut xətti birləşdirilir, Seymur

Bakıda 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil ediləcək.

Bakucity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən məlumat yayıb.

Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Marşrutun birləşdirilməsinin müsbət tərəfi ondan ibarətdir ki, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilət m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşaq.

Bundan əlavə marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığı azaldılacaq. 

168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlaması aradan qaldırılması, marşrutun fəaliyyətində idarə etmənin asanlaşması və kiçik tutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması, eləcə də digər çatışmazlıqlar barədə vətəndaşlardan "Alo141" Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də, öz növbəsində, əlavə problemlərə səbəb olur.

Bakucity.az

Bakı avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər