Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru vəzifəsinə 1956-cı ildə Bakıda dünyaya göz açan Aleksandr Beqlov seçilib.
Bakucity.az xəbər verir ki, hazırda Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən A.Beqlov 64,47 faiz səslə irəlidədir.
Seçki protokollarının 98,93 faizi sayılıb, bu isə, Beqlovun seçkilərdə qələbə qazanması deməkdir.
Aleksandr Beqlovu qələbə münasibətilə artıq Rusiyanın Baş naziri Dmitri Medvedev təbrik edib.
Bakucity.az