Polis Bakıda məsciddə şəhidlərin plakatını söküb? - RƏSMİ AÇIQLAMA

Polis Bakıda məsciddə şəhidlərin plakatını söküb? - RƏSMİ AÇIQLAMA, Seymur

“Bu polisə qarşı təxribatdır”.

Bakı Şəhər Baş Polis İdarəsi Şağan qəsəbəsində yerləşən“Qərib Pir” məscidində polis işçiləri tərəfindən Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökülməsi ilə bağlı iddialara cavab verib.

Bakucity.az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, yayılan iddialar həqiqəti əks etdirmir.

“Bu polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır”, - deyə bildirib.

E.Hacıyev qeyd edib ki, belə qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır:

“Vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”. (Qafqazinfo.az)

Bakucity.az 

Bakı polis şəhid
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər