Paytaxtın Nərimanov rayonunda zəncirvari qəza baş verib.
Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində, 20 Yanvar dairəsi istiqamətində dörd avtomobil toqquşub.
Qəzaya səbəb yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.
Nəticədə o, qarşıda hərəkətdə olan və Anar İbrahimlinin idarə etdiyi digər “Mercedes” markalı minik avtomobilinə çırpılıb.
Bu zaman A.İbrahimlinin idarə etdiyi nəqliyyat vasitəsi əvvəlcə “Volkswagen Polo”, daha sonra “Volkswagen Passat” markalı minik avtomobillərinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.