Yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzillərin qiymətində bahalaşma müşahidə olunur.
Bakucity.az xəbər verir ki, ekspert Nüsrət İbrahimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, avqust ayı ərzində Bakıda kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım var.
Ekspert qiymət artımının yeni tədris ilinin başlaması ilə rayon və digər şəhərlərdən tələbələrin Bakıya axını ilə bağlı olduğunu istisna etməyib.
“Metro stansiyalarına, xüsusən təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən kirayə mənzillərin qiymətində daha çox artım müşahidə edilib. Həmin ərazilərdə yerləşən kirayə evlərin qiymətində artım 12.56 faiz (400-500 manat) təşkil edib”.
Ekspert vurğulayıb ki, artım daha çox birotaqlı mənzillərdə baş verib. Belə ki, birotaqlı 10.4 faiz, ikiotaqlı 2.79 faiz, üçotaqlı kirayə mənzillərin qiyməti isə 6.65 faiz artıb.
Bakucity.az