Bakıda könüllü qanvermə aksiyası keçirilir - “Aşura günü” ilə bağlı

Bakıda könüllü qanvermə aksiyası keçirilir - “Aşura günü” ilə bağlı, Seymur

Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. 

Bakıda Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.

Bakucity.az xəbər verir ki, aksiyalar paytaxtın Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi , Sabunçu rayonu 2Rəhimə xanım ziyarətgahı” məscidi, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı və İçəri şəhər “Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli” və “Hacı Cavad” məscidində keçirilir.

Aksiyalar səhər 9:00-dan başlanıb.

Saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. 

Bu şəxslərdən 233 litr qan tədarük olunub.

Bakucity.az

Bakı Aşura qanvermə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər