Bağçaların qışa hazırlıq vəziyyəti yoxlanılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində müvafiq qurumlarda, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə sərəncam imzalayıb.
Bakucity.az xəbər verir ki, sərəncama əsasən, müvafiq komissiya yaradılıb.
Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.
Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
Bakucity.az