Paytaxtın Sabunçu rayonunda dörd yaşlı uşaq faciəvi şəkildə ölüb.
Bakucity.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.
Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. (Trend)
Bakucity.az