Xorvatların Bakı macərası - Metroda səs-küy saldılar - VİDEO

Xorvatların Bakı macərası - Metroda səs-küy saldılar - VİDEO, Seymur

Ötən gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya matçından əvvəl Bakı metrosunda maraqlı anlar yaşanıb.

Bakucity.az xəbər verir ki, oyundan öncə stadiona gedən xorvatiyalı azarkeşlər Bakı metrosunda mahnılar oxuyublar. 

Görüntülər yerli sakinlərin marağına səbəb olub.

Xatırladaq ki, “Bakcell Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Hesabı matçın 11-ci dəqiqəsində penalti zərbəsindən Luka Modriç açıb.

Oyunun 72-ci dəqiqəsində isə Təmkin Xəlilzadə tarazlığı bərpa edib. Heç-heçə nəticəsində Azərbaycan yığması “E” qrupunda ilk xalını qazınıb. Xorvatiya millisi isə 10 xalla qrupa başçılıq edir.

Bakucity.az

Bakı xorvatlar metro futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər