Kənan MM sürücüləri Bakıda qanunsuzluğa çağırdı - Bezdirmisiniz - VİDEO

Kənan MM sürücüləri Bakıda qanunsuzluğa çağırdı - Bezdirmisiniz - VİDEO, Seymur

Tanınmış rejissor Kənan Mahmudov (Kənan MM) Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlənib.

Bakucity.az xəbər verir ki, rejissor sosial şəbəkələrdə video paylaşaraq sürücülərə dayanma-durma qaydalarına riayət edilməsi üçün şərait yaradılmamasından danışıb.

K.Mahmudov Bakı Nəqliyyat Agentliyinin kameralarından gizlənmək üçün avtomobilin qapılarını kameranın arxasında açıq saxlamağı məsləhət görüb. 

“Bizi bezdirmisiniz! Bu barədə tədbir görmək lazımdır. Maşını saxlayıb, dükana girirsən, görürsən ki, BNA kamerası avtomobilin şəklini çəkib. Maşınlarımızı saxlamaq üçün bir yer göstərin. Vicdan da yaxşı şeydir. Ayıb olsun!”

Bakucity.az

Bakı sürücülər BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər