Paytaxtın Xətai rayonunda yük maşının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, hadisə N.Rəfiyev küçəsində qeydə alınıb.
“İsuzu” markalı yük maşını idarəetməni itirərək aşması nəticəsində ərazidə olan daha iki avtomobilə ziyan dəyib.
Yük maşınının sürücüsü yüngül xəsarət alıb. Qəza səbəbindən yolda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır. (APA)