Bakıda aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, hadisə yolun sürət həddi 120 km/saat olan hissəsində qeydə alınıb.
Şəhər istiqamətində hərəkətdə olan “Chevrolet Aveo” markalı 99 UE 738 nömrə nişanlı avtomobil idarəetməni itirərək yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.
Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.