Bakıda özündən 15 yaş kiçik qızı oğurlayan kişi tutuldu

Bakıda özündən 15 yaş kiçik qızı oğurlayan kişi tutuldu, Seymur

Bakıda 18 yaşlı qızı oğurlayan şəxs “Ekologiya postu”nda saxlanılıb.

Bakucity.az xəbər verir ki, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb.

Hüquq-mühafizə orqanları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Məlum olub ki, R.İslamov idarə etdiyi “Hyundai2 markalı avtomobillə qızı Bakıdan Sumqayıt istiqamətinə aparıb. 

Nəqliyyat vasitəsi “Ekologiya postu”nda saxlanılıb. 

T.Novruzova ailəsinə təhvil verilib, R.İslamov isə Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. (Report)

Bakucity.az

Bakı qız qaçırıb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər