Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakucity.az xəbər verir ki, maşın alverçiləri 38 yaşlı Tahirov Etibar Təşkilat oğlu və onun qardaşı 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu müştəri tərəfindən hücuma məruz qalıb.
Bıçaq xəsarətləri alan hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.
Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri E.Tahirovun mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Bakucity.az