Bakıda “Gift & Promo 2019” və “Adprint 2019” sərgiləri keçiriləcək

Sərgi iki gün davam edəcək

Bakucity.az xəbər verir ki, 12-14 sentyabrtarixlərində BoulevardHotel Baku-da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi“Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi“Adprint 2019” keçiriləcək. Ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgidə dünyanın 6 ölkəsini təmsil edən 43 şirkət iştirak edir.

2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi

“Gift & Promo Fair 2019” - 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi promo məhsulları sahəsində geniş məhsul və xidmət çeşidini, individual və “VIP” kateqoriyalı hədiyyələri təqdim edir. Bu il sərgidə yerli şirkətlərlə yanaşı, Plastoria, Sols, Universal Woods kimi dünya brendlərinin nümayəndələri də iştirak edir. Sərgidə təqdim olunan məhsullar sırasında suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil,bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklaları yer alır. Bu il sərgidə Rusiya və Türkiyəni təmsil edən şirkətlər iştirak edir.

“Gift & Promo Fair” sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və digər məhsullar sərgilənir.

“Gift & Promo Fair” sərgisi qısa vaxt ərzində geniş məhsul və xidmət çeşidi ilə tanış olmaq, eləcə də işgüzar hədiyyələrin orijinal həll variantlarını və eksklüziv korporativ hədiyyələri əldə etmək üçün unikal platformadır. 

2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi

“AdPrint” - 2-ci  Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edir.

Sərginin eksponentləri arasında reklam işi və poliqrafiya sahəsində həm şəxsi məhsul istehsalçıları, həm də Almaniya, Fransa və İtaliyanın məşhur brendlərinin distribütorları yer alır. Sərgidə vizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, tipoqrafiya və poliqrafiya xidmətləri, çap avadanlıqları və ləvazimatlarının istənilən növü, sərgi stendlərinin qurulması üzrə xidmətlər və digər sənaye sahələri üzrə məhsul və xidmətlər təqdim edilir.

Reklam və çap işi sahəsində innovativ məhsull və xidmətlərin təqdim edildiyi unikal platforma - “AdPrint” sərgisi bazarı təhlil etmək, yeni tərəfdaş və sifarişçilər cəlb etmək üçün effektiv vasitədir.

Sərgilərin işgüzar proqramı

Sərgilər əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Sərgilər çərçivəsində keçiriləcək müxtəlif görüşlər, panel müzakirələr, müsabiqələr, ustad dərsləri və promo-defile ölkəmizdə reklam, çap və promo səhələrinə marağın artmasında təkan verəcək.

Belə ki, sərginin ilk iş günündə xüsusi dəvət edilmiş sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi keçiriləcək. Tələb-təklif-satış zəncirinin əsas halqaları arasında “canlı” dialoq çərçivəsində bazardakı aktual tapşırıqlar müzakirə ediləcək və həll variantları təklif olunacaq. Belə müzakirələr bazarın inkişafına və bazar iştirakçıları arasında möhkəm qarşılıqlı faydalı əlaqələrin qurulmasına kömək edəcək.

12 sentyabr tarixlərində sərgi iştirakçılarının yeni məhsullarının təqdimatı keçiriləcək. Bu təqdimatın gedişatında sərgi qonaqlarına bazarın innovativ məhsulları ilə ilk tanış olanların sırasına qatılmaq, biznes üçün yeni imkanları öyrənmək, potensial müştərilər tapmaq və iş təcrübələrini bölüşmək kimi unikal imkanlar yaradılacaq.

13 sentyabr tarixində promo sənayesinin nümayəndələri ilə potensial sifarişçilər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək və burada əməkdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün lazımi şərait yaradılacaq. Bu görüşlər satış və tərəfdaşlıq üfüqlərini genişləndirmək üçün əlverişli zəmini təmin edəcək.

14 sentyabr tarixində iştirakçı şirkətlərin promo geyim və məhsullarının müxtəlif modellərdə nümayiş olunacağı promo-defile  təşkil ediləcək.

“Ən yaxşısını seç!” müsabiqəsi çərçivəsində sərginin 10-dan artıq iştirakçısı öz eksklüziv məhsullarını foyedə quraşdırılmış xüsusi vitrinlərdə nümayiş etdirəcək. Hər vitrində məhsul barədə ətraflı məlumat veriləcək. Sərginin keçiriləcəyi üç gün ərzində sərginin qonaqları onların fikrincə ən yaxşı eksponata səs verə və onu “Ən yaxşı məhsul” adlandıra bilərlər.

Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş «AzExpoMontage» yer alırlar. “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsidir.

Beləliklə, zəngin və parlaq əlavə tədbirlər ilə müşayiət olunan sərgilər dəqiq işgüzar formatı qoruyub saxlayır ki, bu da həm iştirakçıların, həm də ziyarətçilərin biznes tapşırıqlarını səmərəli şəkildə həll etmələrinə imkan verir.

Sərgilər haqqında ətraflı məlumatı www.adprint.azwww.giftfair.azsaytlarından əldə edə bilərsiniz. 

Bakucity.az

sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
41 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...
Hadisələr
Yaralılardan ikisi uşaqdır Bakıda avtobus qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Həmçinin oxu: Bakıda avtobusa hüc...
Cəmiyyət
Vətəndaşları narahat edən sualların cavabı Son günlər Bakıda dövlət tərəfindən satışa çıxarılacaq kirayə mənzillərlə bağlı məsələ müzakirə olunur. BakuCity.az xəbər verir ki, tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov mövzu ilə bağlı vətəndaşları narahat edən sualları canlı yayımda cavablandırıb. Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB Həmin videonu təqdim edirik: BakuCity.az
Kriminal
Cinayət işi açıldı Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib. BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 196...
Mədəniyyət
Abşeron və Xəzər dənizinin romantiki... Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq. Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə k...
Kriminal
Hazırda fəaliyyəti dayandırılıb  Bakıda şirniyyat sexi qarət edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib. Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba,...