Bakıda yüksək sürət qəzaya səbəb oldu - VİDEO

Bakıda yüksək sürət qəzaya səbəb oldu - VİDEO

Paytaxtın Nərimanov rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, Nuri Samir İlyas oğlu idarə etdiyi “99 KA 222” dövlət nömrə nişanlı “Hundai” markalı minik avtomobili Heydər Əliyev prospektində hərəkətdə olarkən anidən idarəetməni itirib.

Beton arakəsməyə çırpılan nəqliyyat vasitəsi daha sonra aşaraq yan yola keçib. Və burada Məmmədov Zaur Rasim oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomaşına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumata görə, hadisə “Hundai” markalı avtomobilin yolda yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)

Bakucity.az

Bakı qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər