Bakıda hakim məhkəməyə müraciət etdi - Pensiyadan narazıdır

Bakıda hakim məhkəməyə müraciət etdi - Pensiyadan narazıdır, Seymur

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev məhkəməyə müracitə edib.

Bakucity.az xəbər verir ki, S.Hacıyev ona təyin edilən pensiya ilə razı deyil.

Pensiya məbləğinin artırılmasını tələb edən 58 yaşlı hakim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Hakim Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin qərarından şikayət edib və şöbəni cavabdeh kimi işə cəlb edib. 

Şikayətə hakim Miminat Hacıbəyova baxacaq. (Qafqazinfo)

Bakucity.az

Bakı hakim pensiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər