Yüksək bal toplayan əkizlər Bakıda bu ali məktəbi seçdi

Qardaşlar ixtisasla yanaşı, həm də, eyni qrupda təhsil alacaqlar.

Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

Bakucity.az xəbər verir ki, neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. 

Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.

Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevirlər. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də, eyni qrupda təhsil alacaqlar.

Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar liseyinin məzunudurlar.

Rəşad Azadlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə daxil olmuş Prezident təqaüdçülərindən biri olub.

Qeyd edək ki, müvafiq Sərəncamla yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.

Bakucity.az

Bakı əkizlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
6 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Yanğınsöndürmə işləri davam edir Bakı şəhəri Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın baş verib. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. BakuCity.az
Cəmiyyət
Hündürlüyü 34 metr olacaq Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar Bakıda ən böyük Yeni il yolkasının quraşdırılacağı yer məlum olub. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən Trend-ə bildirilib. Məlumata görə, paytaxtın müxtəlif yerlərində yolkalar quraşdırılacaq: "Rayon icra hakimiyyətləri tərəfindən Yeni il yolkaları Ba...
Mədəniyyət
Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük “Xalça diyarına səyahət” festivalı dünən başa çatıb. BakuCity.az xəbər verir ki, festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə Uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: “Məqsədimiz uşaqları milli dəyərlərimizlə,...
Kriminal
Pul, qızıl, noutbuk oğurlayıb Bakıda silsilə oğurluqlar edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır....
Cəmiyyət
Regionda yeganə müəssisə olacaq Bakının Zabrat aeroportu ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib. BakuCity.az-ın məlumatına görə, yeni vertolyotların əsaslı təmiri və servisi mərkəzi Azərbaycan və Rusiya dövlətlərarası hökumət komissiyasının mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəs...
Kriminal
Xidməti it reaksiya verib Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömük Komitəsindən BakuCity.az-a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycandan Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.  Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yox...
Cəmiyyət
"Metro xəttinin üstündə obyektlər tikdilər" Bakıda "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı ilə bağlı iddialar yayılmışdı. "Bakı Metropoliteni" QSC məsələyə aydınlıq gətirərək açıqlayıb ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub. BakuCity.az Baku.ws-ə istinadən verdiyi məlumata görə, hazırda "Həzi Aslanov" stansiyasının ətrafından əlavə başqa bir əra...
Cəmiyyət
25 minə yaxın insan sərgini ziyarət etdi “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi uğurla başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bu il 4 gün ərzində  xüsusi maraqla qarşılanan sərgiyə qatılan 25 minə yaxın ziyarətçinin 6 min nəfəri uşaqlar olub. Bir sıra orta məktəblərin şagirdlərinin, uşaq evlərindən olan, autizmli, gö...
Cəmiyyət
Doğma insanları hansı maraqlı hədiyyələrlə sevindirmək olar? Ən sevimli bayramlardan biri – Yeni il yaxınlaşır. Yeni ildə doğma və yaxın insanlarla birlikdə ənənəvi bayram süfrəsi arxasında şam etmək, onları hədiyyələrlə sevindirmək adətə çevrilib. BakuCity.az Yeni ildə maraqlı və zövqlü hədiyyə almaq üçün oxucularına müxtəlif seçimlər təqdim edir. Açıqcalar və fotokollajlar Bəzən bir hədiyyə almaq kifayət etmir, səmimi təbriklərin yer aldığı gözəl açıqca...