Bakının “ən xəstə” rayonları açıqlandı - SİYAHI

2017-ci ildə Bakıda ən çox xəstəlik paytaxtın Xətai rayonunun əhalisində müşahidə edilib.

Bakucity.azxəbər verir ki, bu rayonda müvafiq dövrdə 68 min 371 xəstəlik qeydə alınıb.

İkinci yerdə Binəqədi rayonu qərarlaşıb – 67 min 816 xəstəlik. Yasamalda bu rəqəm 56 min 588, Sabunçuda 49 min 634, Nəsimidə isə 47 min 080-ə bərabərdir.

Bakıda əhalisi daha sağlam olan rayon isə Pirallahıdır. Bu rayonda 2017-ci ildə 4056 xəstəlik halı müşahidə edilib.

Bəzi infeksion və parazitar xəstəliklər kateqoriyasında isə Nəsimi – 2680, tənəffüs orqanlarının xəstəliklərinə görə isə Binəqədi “liderdir” - 31617 şəxs.

Ağciyər vərəminə yoluxma halı daha çox Sabunçuda olub. 2017-ci ildə Sabunçuda 96 nəfərə ağciyər vərəmi diaqnozu qoyulub.

2017-ci ildə Xətaidə 74, Yasamalda 69, Xəzərdə 51, Qaradağda 50, Pirallahıda isə cəmi 3 nəfərə vərəm diaqnozu qoyulub. 

Bununla da Pirallahı ən az vərəmlə xəstələnən rayonlar siyahısına düşüb. Bu rayonda həmçinin sifilis, kəskin xroniki süzənək, viruslu hepatit və qoturluq qeydə alınmayıb.

Ən çox sifilis xəstəliyi isə Nəsimidə qeydə alınıb (60 nəfərdə). Sabunçuda isə bu rəqəm 52 olub.

Bakıda insanlar qoturluq isə ən çox Binəqədidə yayılıb. 2017-ci ildə Binəqədidə 11 nəfərdə qoturluq aşkarlanıb.

Xəzərdə dörd, Sabunçuda isə iki nəfərdə qoturluq qeydə alınıb. Bakının Qaradağ, Nizami, Suraxanı, Yasamal rayonlarında isə qoturluq müşahidə edilməyib.

Bakucity.az

Bakı xəstə rayonlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
116 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“Ліга сміху Azərbaycan” cari ilin 15 iyununda açılıb “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi Ukraynanın məşhur yumoristik televiziya şousunun yerli versiyası “Ліга сміху Azərbaycan”ın tərəfdaşı olub. Bakucity.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Ліга сміху” izləyicilərinə “CinemaPlus” və “Ліга сміху Azərbaycan”ın birgə yaratdığı hədiyyə kartları təqdim olunacaq. Bu kartları əldə edən tamaşaçı isə “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş etdi...
Cəmiyyət
Təqsirkar barəsində akt və protokol tərtib olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu Badamdar qəsəbəsi İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib. Nazirliyin mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub. Araşdırma zamanı ağacın dibini...
Hadisələr
Görüntülər Nəsimi rayonu ərazisində çəkilib. Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə tikinti materialları daşıyıblar. Bakucity.az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində lentə alınıb. Bildirilir ki, maşına sement, tikinti materialları, plastik qapı-pəncərə çərçivəsi, pəncərə şüşəsi yükləyiblər. Həmçinin oxu: Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Qeyd edək ki, bir...
Hadisələr
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb. Bakucity.az Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü M.Quliyev yaşadığı evdə narkotik vasitənin yüksək təsirindən dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.  Bakucity.az
Cəmiyyət
Artıq yolun yeddi kilometri layihələndirilib Bakıda daha bir böyük yol layihəsinə start verilib.  Bakucity.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Belə ki, BNA rəsmisinin sözlərinə görə, paytaxtda velosiped yolunun yaradılması ilə bağlı işlərə başlanıb. M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakıda velosiped nəqliyyatının inkişaf etdirilməsi məqsədilə əsaslı şəkildə araşdırmalar ap...
Cəmiyyət
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb.  1991-ci il təvəllüdlü Q.Q. ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü N.X.-ya ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Məktəbliyə yeni dərsliklər verilib Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelinanın məktəb problemi həll olunub. Bakucity.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb. O bildirib ki, Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub: “Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məkt...
Kriminal
Firdovsi Ələkbərov özünə genral forması tikdirib. Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı həbs edilib.  Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F. Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) v...
Cəmiyyət
Bakıda “Titan” və “Rational” şirkətlərinin təşkilatçılığı ilə aşpazlar üçün master-klass təşkil olunub. Bakucity.az xəbər verir ki, 30-dan çox aşpazın iştirak etdiyi master-klass zamanı onlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilib. Aşpazlara nə üçün “Rational”ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat...