Bakı metrosunda yeni qrafik – İnterval azaldılıb

Bakı metrosunda yeni qrafik – İnterval azaldılıb, Seymur

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bakucity.az xəbər verir ki, yeni qrafik sentyabrın 14-dən tətbiq ediləcək.

İş günlərinin gur saatlarında “Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. 

Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. 

Qeyd edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi “28 May" stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

Bakucity.az

Bakı metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər