Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb
Bakucity.az xəbər verir ki, 183 nömrəli tam orta məktəbin X sinif şagirdi Əkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstanda keçirilən Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.
Gənclər və yeniyetmələr arasında kikboksun "WAKO" versiyası üzrə keçirilən Avropa çempionatında Ə.Əsədov 48 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Yarımfinal və final yarışlarında azərbaycanlı idmançı rəqibini nakaut edərək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, çempionatda 39 ölkədən 1 991 idmançı mübarizə aparıb.