Xorvat futbolçuların Bakıda zəif çıxışının səbəbi açıqlandı - Virusa yoluxublar

Xorvat futbolçuların Bakıda zəif çıxışının səbəbi açıqlandı - Virusa yoluxublar, Seymur

Səkkiz futbolçu Bakıda  virusa yoluxub.

Futbol üzrə “AÇ-2020”nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Azərbaycanla heç-heçə edən Xorvatiya yığmasının futbolçuları Bakıda ciddi problemlə üzləşiblər. 

Bakucity.az xəbər verir ki, bu barədə komandanın həkimi Zoran Bahtiyareviç məlumat verib. 

Həkimin sözlərinə görə, qarşılaşmadan əvvəl komandanın səkkiz futbolçusu virusa yoluxub: 

“Onlardan yeddisi start heyətdə yer alıb, bəzilərinin temperaturu yüksək olub. Baş məşqçi Zlatko Daliç bu barədə heç danışmadı. Bu elə virusdur ki, bədənə yayılır və gücü azaldır. Hətta qarşılaşmadan öncə hakimə dedim ki, bizim oyunçular matçın gedişində tualetə gedə bilərlər”.

Həkim virusun nədən yarandığını aydınlaşdıra bilmədiklərini deyib: 

“Virusun Bakıdakı qidalarla heç bir əlaqəsi yoxdur. Yəqin ki, bir futbolçuda olub və digərlərinə yayılıb. Sadəcə problemi biləndə gec oldu”.

Xatırladaq ki, “Bakcell Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Hesabı matçın 11-ci dəqiqəsində penalti zərbəsindən Luka Modriç açıb.

Oyunun 72-ci dəqiqəsində isə Təmkin Xəlilzadə tarazlığı bərpa edib. Heç-heçə nəticəsində Azərbaycan yığması “E” qrupunda ilk xalını qazınıb. Xorvatiya millisi isə 10 xalla qrupa başçılıq edir. (Qafqazinfo.az)

Bakucity.az

Bakı virus Xorvatiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər