Bakıda məşhur gitaraçının konserti olacaq - VİDEO

Bakıda məşhur gitaraçının konserti olacaq - VİDEO

Tanınmış ifaçı tamaşaçılara virtuoz musiqi axşamı hədiyyə edəcək.

Noyabrın 16-da Bakıda ilk dəfə tanınmış belarus musiqiçi, bəstəkar, “Didyulya” qrupunun lideri Valeri Didyulya çıxış edəcək.

Bu barədə Bakucity.az-a tədbirin təşkilatçıları olan “33 EVENT Baku”dan məlumat verilib.

Məşhur gitaraçının konserti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təşkil olunacaq. Konsert 19:00-da başlayacaq. Bakı sakinləri və paytaxtın qonaqlarını virtuoz musiqi, nyu-eydj, folk, rok, etnik motivlərlə dolu unudulmaz gecə gözləyir. 

Valeri Didyulya 120-dən çox instrumental kompozisiyanın müəllifidir. Gitaraçı həm bəstəkar, həm öz əsərlərinin ifaçısı, həm də “Didyulya” layihəsinin prodüseridir. “Didyulya” Rusiyanın ən çox qastrol edən instrumental kollektividir (bir ilə 120 konsert).

Didyulyanın ilk albomu 2000-ci ildə işıq üzü görüb, 2002-ci ildə isə Didyulya qrup yaradaraq qastrollara getməyə başlayıb. İlk albomundan musiqiçi elektron musiqi ilə sınaqlar keçirir, gitara passajlarını uğurla xaus stilində sıx və ritmik aranjiman edir (“Flamenko” kompozisiyasına “Astero” layihəsinin remiksini qeyd etmək olar).

İnformasiya dəstəyi Bakucity.az

Bakucity.az

Bakı konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər