Asmir Beqoviç: Bakı çox gözəldir

Asmir Beqoviç: Bakı çox gözəldir

Nəhayət ki, Bakıda yerləşə bildim. Bakı çox gözəldir. İnanıram ki, burada həyatımın ən gözəl epizodlarından birini yaşayacam.

Bakucity.az xəbər verir ki, bu sözləri “SportSport.ba” nəşrinə müsahibəsində “Qarabağ”ın yeni qapıçısı Asmir Beqoviç deyib.

““Qarabağ”a keçidimlə bağlı məsələ tez həll olundu. Transfer pəncərəsinin son günlərində bir neçə başqa klubun da adı çəkilirdi, lakin qeyd edim ki, Azərbaycan klubu daha dəqqi və düzgün idi. “Qarabağ” ənənələrə malik ciddi klubdur, demək olar ki, hər mövsüm Avropa meydanlarında oynayırlar”, - deyə o bildirib.

Qapıçı bildirib ki, Avropa Liqasının qrup mərhələsində çətin olacaq:

“Qrupda “Sevilya” APOEL və “Düdelanj” kimi komandalar var. Hesab edirəm ki, biz onlarla bacaracağıq, əlbəttə ki, bu asan olmayacaq”.

Qeyd edək ki, “Qarabağ” Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan 750 min avro qarşılığında ilin sonunadək icarəyə götürüb.

Bakucity.az

Asmir Beqoviç Bakı gözəldir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər