Paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.
Bakucity.az xəbər verir ki, futbolçunun evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.
Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (Report.az)
Bakucity.az