Bakıda Təhsil Şurası ilə bağlı məhkəmə - Qurumun katibi iclasa gəlmədi

“Mən onun sifətini iclasda bircə dəfə görmüşəm, hardan bilim nömrəsini?”.

9 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Mehdizadə Samir Ramiz oğlunun cavabdehlər – “Təhsil Şurası” İctimai Birliyinə, Əli-zadə Hikmət Abdul oğluna, Əsgərov Şaiq Əhəd oğluna, Axundova Sevda Hidayət qızına və üçüncü şəxsə - Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “Ümumi Yığıncağın 16.02.2019-cu il tarixli protokolunun və yekun qərarının etibarsız hesab edilməsinə dair” iddiasına baxış keçirilib.

Məlumat üçün qeyd edək ki, təməli 21 il öncə - 1998-ci ildə, Azərbaycan Müəllimlərinin 11-ci qurultayında qoyulan “Təhsil Şurası” İctimai Birliyi (TŞ İB )  Heydər Əliyevin tövsiyə və təşəbbüsü ilə yaradılıb. Birlik 25.05.2001-ci ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Onu da qeyd edək ki, iddiada adı keçən cavabdehlər - Əli-zadə Hikmət Abdul oğlu TŞ-nin yeni sədri, Əsgərov Şaiq Əhəd oğlu TŞ sədrinin müavini, Axundova Sevda Hidayət qızı isə TŞ-nin yeni katibidir. 

Bakucity.az Nuh.Az-a istinadən xəbər verir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı Mehdizadə Samir Ramiz oğlu sədrin, sədr müavinlərinin, katibin, ümumiyyətlə, Ümumi Yığıncağın saxta olduğunu, yığıncaqda iştirak edən şəxslərin çoxunun TŞ üzvü olmadığını və nəticələrin ləğv olunmasını tələb edir. 

Məhkəmə iclasında hakim Mədinə Bağırova cavabdehlərdən biri – “Təhsil Şurası” İB-nin nümayəndəsinin nə üçün məhkəmədə iştirak etmədiyini soruşsa da, cavab tapılmayıb. Məhkəmə prosesində Təhsil Şurası ilə bağlı hakimin, Samir Mehdizadənin və onun vəkilinin suallarına kimsə cavab verə bilməyib. Ona görə də hakim Mədinə Bağırova növbəti iclasda Təhsil Şurasının nümayəndəsinin iştirak etməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

İclasın gedişində növbəti cavabdeh - TŞ-nin katibi Sevda Axundovanın iclasda üzrsüz səbəbdən iştirak etmədiyi məlum olub. Hakim Sevda Axundovanın telefon nömrəsini digər cavabdehlərdən - TŞ-nin sədrindən, TŞ sədrinin müavinindən soruşsa da, hər iki şəxs Sevda Axundovanın telefon nömrəsini bilmədiklərini deyiblər. Hakim təəccüblə “Siz sədr, müavin, həmin xanım isə TŞ-nin katibidir, siz onun telefon nömrəsini necə bilmirsiniz?” soruşanda, TŞ-nin sədr müavini Şaiq Əsgərov “Mən onun sifətini iclasda bircə dəfə görmüşəm, hardan bilim nömrəsini?” cavabını verib.

Hakim TŞ-nin sədri Hikmət Əlizadəyə eyni sualı ünvanlayıb. Sədr də katibin telefon nömrəsini bilmədiyini deyib. Təkcə bu epizod onu göstərir ki, TŞ-nin sonuncu “qurultay”ı, yəni Ümumi Yığıncağı gurultulu, yəni “basməmmədi” şəraitində keçib. Yəni heç kim bir-birini tanımır. 

Məhkəmənin gedişində TŞ-nin sədr müavini Şaiq Əsgərov bildirib ki, “Ümumi Yığıncağın nümayəndələrini yığa bilmirdik. Ona görə də biz Təhsil Nazirliyinə çıxdıq ki, rayondakı nümayəndələrə ezamiyyət verin, onlar yığıncaqda iştirak etsin”. Bu məsələ də ciddi şəkildə araşdırılmalıdır. 

16.02.2019-cu il tarixli qanunsuz iclasın təşkilatçılarının Şuranın qanuni üzvləri ilə əlaqələrinin olmaması, üzvləri tanımamaları onların Şurada formal olaraq təmsil olunduqlarının sübut edir. Məhkəmənin gedişatında iddiaçı Samir Mehdizadənin və onun vəkilinin suallarına ancaq sədr müavini Şaiq Əsgərov nağılvari cavablar verib, konkret heç bir sənəd və sübut ortaya qoya bilməyib. Hakimin hər sualına “Bizə vaxt verin...” deməklə kifayətlənib. TŞ sədri isə ağzına su almış kimi bütün iclas boyu ancaq “düşünürüb”. 

Məhkəmə prosesinin gedişində hiss olunub ki, sədri və müavini TŞ-nin Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Arif İbrahimov idarə edir. Bir sözlə, məhkəmə prosesində açıq-aydın hiss olunub ki, qarşı tərəf, yəni cavabdehlər saxta yolla keçirdikləri tədbirin məsuliyyətini, saxta sənədlərlə dövlət qurumlarını aldatdıqlarını hiss etməyə başlayıblar. Ona görə də TŞ-nin sədri səsini çıxartmır, TŞ-nin xanım katibi iclasa gəlib biabır olmaq istəmir. TŞ-nin sədr müavini, Dövlət İqtisad Universitetinin prorektoru olan Şaiq Əsgərov isə məhkəmədə açıq şəkildə deyib ki, “Mən sədr müavini olmaq istəmirəm. Burda bir qəpik pul yox, para yox, maliyyə yox və s”.

Əlbəttə, son sözü məhkəmə deyəcək. Amma nəticədən asılı olmayaraq, bu məsələ əsl komediya mövzusudur.

Bakucity.az 

Təhsil şura məhkəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
20 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bakıda yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az primetime.az-a istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl Sədərək bazarı yaxınlığında qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil əvvəlcə yoldakı dirəyə çırpılıb, daha sonra dərəyə aşıb. Məlumata əsasən, avtomobilin sürücüsü ağır xəsarət alıb. BakuCity.Az
Cəmiyyət
“Ləhiş bağları” yeni yaşayış massivindəki evlərə təbii qaz verilib Bu gün Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib. Bakucity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdə...
Kriminal
Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb Bakucity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Həmçinin oxu: Bakıda kişini ürəyindən bıçaqladılar Belə ki, Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi, 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb. BakuCity....
Ekologiya
Ərazidə yerləşən torpaqları qanunsuz şəkildə satanlar kimlərdir?!  Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində “2-ci sahə” adlanan ərazidə SSRİ dövründə salınmış meşə zolağının kütləvi şəkildə məhv edilməsi faktı aşkarlanıb. Hazırda burada mövcud olmuş meşə zolağındakı ağaclar məqəsdli şəkildə qırılır, onların kökləri yandırılır və yaşıllıqlardan təmizlənmiş torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır. Bakucity.az xəbər verir ki, “Demokrat.a...
Cəmiyyət
Bu ilin 11 ayının statistikası Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 824 yeni abonent qeydiyyata alınıb. Bakucity.az “Report”a istinadən xəbər verir ki, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 053 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla...
Cəmiyyət
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib "Qarabağ" futbol klubunun bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyuna görə "Bakı Metropoliteni" QSC saat 00:30-a qədər işləyəcək.  Bakucity.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.  Həmçinin oxu: Bakı metrosunun bu stansiyası bağlanacaq? - RƏSMİ Məlumata görə, qarşılaşmanı aren...
Cəmiyyət
Hadisədə iki məktəbli həyatını itirib Binəqədi rayonunda baş verən faciəvi qəzada həyatını itirən 11-ci sinif şagirdi Dilarə Sultanlının anasına yazdığı son mesaj ortaya çıxıb.  Bakucity.az Cebhe.info-ya istinadən xəbər verir ki, Dilarə Sultanlı hazırlığa getməzdən əvvəl anasına mesaj yazıb. Qız həmin gün çox sevincli olsa da, anasının narahat olduğunu hiss edib və ona təskinlik verib. Məlumat üçün qeyd edək ki, 2003-cü il təvəllüdlü Dilarə Sultanlı evin t...
Hadisələr
Bakıda narkotikdən zəhərlənən şəxs xəstəxanada ölüb Bakıda yüksək dozada narkotik qəbulundan ölüm hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonunda 1980-ci il təvəllüdlü Ağaməliyev Əli Valeh oğlunun yaşadığı evdə anidən halı pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Həmçinin oxu: Bakıda gül toxumu yeyən 3 yeniyetmə zəhərləndi İlkin müayinə zamanı Ə. Ağaməliyevin narkotikdən zəh...
Mədəniyyət
Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq 24 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılov solo konserti kerəcək. Bakucity.az xəbər verir ki, 5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara,...