Müğənni “#Əhvalın Rəngi” (#Цвет Настроения) adlı şou-proqramla tamaşaçıları sevindərəcək.
Rusiya Xalq Artisti, Rusiya estrada səhnəsinin kralı Filipp Kirkorov oktyabrın 30-u və 31-də Bakı Konqres Mərkəzində “#Əhvalın Rəngi” yeni solo proqramla çıxış edəcək.
Bu barədə Bakucity.az-a şounun təşkilatçıları məlumat veriblər.
Yeni şou proqramda unikal transformerlər səhnəsi, fantastik liftlər, yüzlərlə kostyum, 3D-qrafika olacaq, eləcə də 80 nəfər personal cəlb ediləcək. Bir sözlə tamaşaçıların “əhvalı rəngarəng olacaq”.
Xatırldaq ki, Filipp Kirkorov Bakıdakı konsertinin vaxtını Azərbaycan paytaxtında “Jara-20192” Beynəlxalq Musiqi Festivalında iştirakı zamanı açıqlayıb.
İnformasiya dəstəyi Bakucity.az saytı