Bakıda polislə sürücü arasında mübahisə - Dedim saxla maşını - VİDEO

Bakıda polislə sürücü arasında mübahisə - Dedim saxla maşını - VİDEO, Seymur

Bakıda qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb.

Ötən gecə paytaxtın Yasamal rayonu ərazisində ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.

Bakucity.az xəbər verir ki, İsmayıl bəy Qutqaşınlı və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili idarə edən sürücü Əmirov Fərid Elman oğlu avtomobilə quraşdırılan əlavə səs siqnalından istifadə edib.

Sürücü Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının tərəfindən saxlanılıb.

Lakin F.Əmirov siqnalın sökülməsi üçün mühərrik hissəsinin açılmasına və nəqliyyat vasitəsinin evakuatorla cərimə meydançasına yerləşdirilməsinə mane olmağa çalışıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

F.Əmirov polis bölməsinə aparılıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib. (APA)

Bakucity.az

Bakı yol polisi sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər