Paytaxtın Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.
Bakucity.az-ın xəbərinə görə, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
“Globus Plaza”ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşməsi nəticəsində yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlu xəsarət alıb.
Hər iki şəxs ağır 1 saylı Xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb. (APA)