Bakının ayıq sürücüləri - RİSKLƏR + QİYMƏTLƏR

Eyni məsafəni fərqli qiymətə qət edən ayıq sürücülər

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da müxtəlif şirkətlər və fərdi şəxslər “ayıq sürücü” xidməti təklif edirlər. Bakıda “ayıq sürücülər” fərdi (qeyri-qanuni), şirkət, eləcə də  taksi şirkətlərinin tərkibində fəaliyyət göstərirlər. Ekspertlər hesab edir ki, son zamanlar bu bazara tələbatın azalması şirkətlərin bağlanmasına səbəb olub. 

Bakucity.az paytaxtda fəaliyyət göstərən “ayıq sürücü” şirkətləri və bu xidmət növünün vacib nüanslarını araşdırıb.

“Ayıq sürücü”lər zamanla azalmaqdadır

Mövzu ilə bağlı suallarımıza cavab verən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, qanuni fəaliyyət göstərən şirkətlər vergidən yayına bilmədikcə fəaliyyətlərini dayandır, bu zaman isə qanunsuz fəaliyyət göstərən “ayıq sürücü”lər çoxalır:

“Bu gün paytaxtda istənilən restoran və şadlıq evlərinin qarşısında kifayət qədər çox sayda gənc sürücülər görə bilərsiniz. Əksəriyyəti qeyri-qanuni “ayıq sürücü” xidməti göstərir.  “189 taxi”, “Rahat ayıq sürücü” (qanuni) və s. kimi şirkətlərinin sayı isə ötən illərə nisbətən azalıb. Qeyri-qanuni müstəvidə çalışanlar isə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olurlar. Sosial şəbəkələrdə aparılan müzakirələrdən də bəlli olur ki, müxtəlif şəxslər müxtəlif vaxtlarda heç bir şirkətin işçisi olmayan bu şəxslər tərəfində zərərə uğrayırlar. Maşın vurma və sairə kimi müəyyən qəzalar baş verir”. 

“Haradan bilək ki, onun sürücülük vəsiqəsi nə dərəcədə etibarlıdır...”

Ekspert hesab edir ki, heç nəyə baxmayaraq bu sistem təkmilləşdirilməli, göstərilən xidmətlərin keyfiyyəti artırılmalıdır:

“Ayıq sürücü” xidməti göstərən şəxslərin peşə bacarıqları inkişaf etdirilməlidir. Çünki sürücülük vəsiqəsi olan hər kəs sərnişin daşıyacaq qədər peşəkar deyil, və insanlar onlara həyatlarını etibar edə bilməz. 

Fərz edək ki, spirtli içki içdiyimə görə ayıq sürücüyə müraciət etmişəm, və cavan bir oğlan gəlib deyir sürücüyəm. Haradan bilək ki, onun sürücülük vəsiqəsi nə dərəcədə etibarlıdır və ya onun peşə qabiliyyəti ünvana təhlükəsiz çatmağım üçün yetərlidir. Bütün bu məqamlar hamısı bir-biri ilə bağlıdır deyə daha çox etibar olunan şirkətlərlə iş qurulmalıdır.

Həmçinin oxu: Bakıda ən sərfəli taksi xidmətləri hansılardır? - QİYMƏTLƏR

Şirkətlər isə öz imicləri, reputasiyaları barədə düşünürsə göstərdikləri xidmətin keyfiyyətinin yüksək olmasında həmişə maraqlı olurlar. Əks halda, şəxsən mən heç bir şirkətə etibar etməyəcəm. Həmçinin də digər insanlar. Bu gün bu sahədə fəaliyyət göstərmək istəyən şirkətlər göstərdikləri xidmətin keyfiyyətinin artırılması, yaxşılaşdırılması ilə bağlı təbii ki, müxtəlif addımlar atmalıdırlar”.

“Bu xidmət növünün populyarlaşmamasına qiymətlərin yüksəkliyi nə dərəcədə təsir göstərir?” sualına isə ekspert belə cavab verib:

“Şirkətlər ilk növbədə sahələşdirilmiş, dövriyyə qazandıqdan sonra isə ƏDV vergi ödəyiciləri olurlar. Təbii ki, ƏDV ödəyicisi olduqda gəlirlərinin 18%-i hökumətə ödənilir. Bu zaman digər vergi ödəmələrini də əlavə etsək, nəticə etibarı ilə qiymətlərdə artım olacaq. Bu bir neçə illik təcrübə onu göstərir ki, qiymət fərqi ilə mübarizə aparan insanların ən optimal seçimi spirtli içki içəcəkləri təqdirdə həmin məclisə şəxsi avtomovilləri ilə yox taksi ilə getməkdir ki, bu zaman da “ayıq sürücü”yə ehtiyac qalmır”, - deyə ekspert Azər Allahverənovun fikrini tamamlayıb. 

Saytımız paytaxtda fəaliyyət göstərən üç “ayıq sürücü” şirkəti ilə əlaqə saxlayıb. Şirkətlərin təklif etdiyi xidmət eyni olsa da, qiymətlər fərqlənir. Belə ki, şirkətlərin “Nəriman Nərimanov” metrostansiyasından “İçərişəhər” metrostansiyasına (şəhər daxili) və “İçərişəhər” metrostansiyasından Hövsan (Nehrəm marketin yanına) qəsəbəsinə (şəhər ətrafı) qədər məsafə üçün təklif etdikləri qiymətlər fərqlidir.

Yuxarıda qeyd edilən məsafəyə üç fərqli şirkətin təklif etdiyi qiymətləri təqdim edirik:

“Rahat ayıq sürücü” (*5151)

“189 Taxi” (189)

“Felix taxi” (*5959)

şəhərdaxili - 8,00  AZN

şəhərdaxili - 7,00 AZN

şəhərdaxili - 4,89 AZN

şəhər ətrafı - 12,00 AZN

şəhər ətrafı - 20 AZN

şəhər ətrafı – 9,59 AZN

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı ayıq sürücü qiymətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1736 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Hadisə baş verdiyi zaman Gülgün işdən evə qayıdırdı Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb. Bakucity.az xəbər verir ki, Qafqazinfo qəzanı törədən şəxslə bağlı bir sıra məlumatlar əldə edib. Məsələ burasında...
Cəmiyyət
Ərazidə dörd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Bakı Şəhər İcra Hakimiyyətindən Bakucity.az-a verilən məlumata görə, layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadə...
Mədəniyyət
Teatr mövsümə “O olmasın, bu olsun” musiqili komediyası ilə start verib Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli - XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası ilə açdı.  Bakucity.az xəbər verir ki, dünən 63-cü dəfə (yeni quruluşda) təqdim olunmuş tamaşada Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist,...
Cəmiyyət
Kimlər tədbir görməlidir? Bakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir. Bakucity.az xəbər verir ki, ARB TV əməkdaşları məsələni araşdırmaq üçün üz tutublar Bakının işıqsız qa...
Cəmiyyət
Oxumaq, oxumaq, yenə də oxumaq... Bakının mərkəzi küçələrində çox sayda kitab mağazalarına rast gəlmək olur. Böyük əksəriyyəti dizaynı və kitablarının rəngarəngliyi ilə göz oxşayır. Bəs bu kitabların alıcısı nə qədərdir? Balacalar əsasən hansı kitablara üstünlük verir?  Bakucity.az-ın suallarını “Ali və Nino” kitab mağazasının satış üzrə meneceri Lalə Rəhmanova cavablandırdı: - Çox sevindirici haldır ki, artıq valideynlər öz uşaqlarına oyuncaqla yanaşı kit...
Hadisələr
Ölən şəxs sərxoş vəziyyətdə olub Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb. Həmçinin oxu: Bakıda qırmızı işıqdan keçən xanım sürücü ağır qəza törətdi - FOTO “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelse...
Cəmiyyət
Bakıda güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib Bakucity.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq: H...
Hadisələr
“KİA” və “Mercedes” markalı avtomobillər toqquşub Paytaxtın Nəsimi rayonunda Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az APA-ya istinadən xəbər verir ki, xanım sürücü idarə etdiyi “KİA” markalı avtomobillə işıqforun qırmızı işığından keçib.  Bu zaman o, işıqforun yaşıl işığından keçən Əli Abdullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan...
Cəmiyyət
Gömrük işçiləri xüsusi əməliyyat keçiriblər Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) Bakucity.az-a verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənəd...