Bakıda xanımlar üçün növbəti ödənişsiz seminar keçiriləcək

Bakıda xanımlar üçün növbəti ödənişsiz seminar keçiriləcək

IT sahəsinə maraqlı olan xanımlar üçün əla fürsət

Bakucity.az xəbər verir ki, 20 sentyabr saat 19:00-da Youth Inc.” Sahibkarlıq Proqramı və “Girls Code Azerbaijan” Platformasının tərəfdaşlığı ilə“Youth Inc.” BİM-də IT sahəsinə maraqlı olan xanımlar üçün növbəti ödənişsiz seminar keçiriləcəkdir.

Seminarın həyata keçirilməsi məqsədi İnformasiya Texnologiyaları sahəsinə maraqlı olan və bu sahənin istiqamətləri üzrə öz karyerasını qurmaq istəyən xanımların maarifləndirilməsi və məlumatlandırılması üçün nəzərdə tutulub.

“Mühəndis xanımlar və yeni nəsil texnologiyalar” adlı seminarın təlimçisi Elektron Hökümətin İnkişafı Mərkəzinin “Layihələrin idarəedilməsi departamenti”nin şöbə müdiri, “Professional Scrum Master” sertifikatı ilə təltif edilmiş Sevinc İsrafilovadır. Sevinc xanım həmçinin “QuizAz” mobil intellektual yarış sisteminin yaradıcısıdır.

Seminarda IT üzrə layihə rəhbəri (IT Project Manager); Biznes analitik mütəxəssisi (Business analyst specialist); IT üzrə təhlükəsizlik mütəxəssisi (IT Security specialist); Data analitik (Data analyst specialist); Mexanika təlimləri üzrə mütəxəssis (Machine Learning engineer); Mobil proqramçı (IOS and Android developer) kimi müasir sahələr və texnologiyalar haqda geniş məlumat veriləcəkdir.

Seminarda iştirak üçün: http://bit.ly/2kEgx0Q

Seminarın informasiya tərəfdaşı BakuCity.az və Chip.az saytlarıdır.

Ünvan: Süleyman Rüstəm küç., 15H
Əlaqə: 0774211118 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

seminar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər